59 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır 

10:20 28.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1966-cı il təvəllüdlü Oktay Məmmədovu vurub.

Piyada təcili tibbi yardım avtomobili ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.